2 C
Baku
Saturday, December 14, 2024

Estoniya Rusiya qazından imtina edəcək

Estoniya hökuməti cümə axşamı Rusiyadan təbii qazın alınmasına qadağanın sanksiya qismində 2023-cü il yanvarın 1-dən tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu barədə Baltikyanı ölkənin xarici işlər naziri Urmas Reynsalu məlumat verib.

“Artıq aprel ayında hökumət ölkənin Rusiya qazından imtina etməsi ilə bağlı prinsipial qərar qəbul etdi. İndi bu qərar hüquqi cəhətdən məcburi tədbir kimi təsbit olunub. Yanvarın 1-dən Estoniya Rusiya qazına qarşı milli sanksiya tətbiq edir. Sanksiyanın məqsədi Rusiyaya Ukraynaya qarşı hərbi təcavüzünü dayandırması üçün təzyiq göstərməkdir. Belə ki, təbii qaz Rusiya üçün mühüm gəlir mənbəyidir və Avropa İttifaqına təsir rıçaqı kimi istifadə olunur”, – Reynsalu Tallində keçirdiyi mətbuat konfransında bildirib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər