2022-ci ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 50.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
2021-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 62.3 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 11.8 milyon dollar və ya 19% azdır.
Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.