10 C
Baku
Friday, December 13, 2024

AMEA-nın strukturu və işçilərinin say həddi təsdiq edilib

Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 3510 ştat vahidi olaraq təsdiq edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmçinin, AMEA-nın strukturu da təsdiq olunub:

Azərbaycan Milli Elmlər Akademiyasının
S T R U K T U R U
1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
Aparatı.
2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;
2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
2.7. Nəsimi adına Dilçilik İnstitutu;
2.8. Memarlıq və İncəsənət İnstitutu;
2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2.10. Folklor İnstitutu;
2.11. Qafqazşünaslıq İnstitutu;
2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
2.13. Lənkəran Regional Elmi Mərkəzi;
2.14. Şəki Regional Elmi Mərkəzi;
2.15. Mərkəzi Elmi Kitabxana;
2.16. “Elm” Nəşriyyatı.
3. Naxçıvan bölməsinin Aparatı.
4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
4.3. Əlyazmalar Fondu.
5. Gəncə bölməsinin Aparatı.
6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
6.1. Humanitar Tədqiqatlar İnstitutu;
6.2. Diyarşünaslıq İnstitutu;
6.3. Nizami Gəncəvi Mərkəzi.

Son xəbərlər
Digər xəbərlər