9 C
Baku
Thursday, December 12, 2024

Bu ölkədə hərbi çevriliş oldu

Burkina Fasoda hərbçilər ölkədə təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçiriblər.

Hərbçilər çevrilişi RTB dövlət televiziyasından elan ediblər.

Bəyanatda deyilir ki, növbəti xəbərdarlığa qədər ölkədə konstitusiyanın fəaliyyəti dayandırılıb, sərhədlər bağlanılıb və hökumət buraxılıb.

Qeyd olunur ki, Burkina-Faso ordusunun kapitanı İbrahim Traorenin rəhbərlik etdiyi hərbçilər hazırda hakimiyyətdə olan Paul-Henri Damibanı devirib.

Xatırladaq ki, bu Qərbi Afrikada yerləşən ölkədə səkkiz ayda ikinci çevrilişdir. Bu ilin yanvar ayında Dambia əvvəlki hökuməti devirərək hakimiyyətə gəlmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər