13 C
Baku
Friday, November 22, 2024

Ali Məhkəmə “Tərtər işi” ilə bağlı müsbət QƏRAR verdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Dünən – 30 sentyabr 2022-ci il tarixində keçirilmiş Plenuma Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik edib.

Plenumda Azərbaycan Respublikası Baş Prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət” və digər maddələri  ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar 12-1(102)-8/2022 və 12-1(102)-10/2022 saylı cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, söhbət Azərbaycan cəmiyyətində böyük qalmaqal doğurmuş “Tərtər işi”ndən gedir.

 

 

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər