İspaniyanın “Barselona” klubunun son dörd mövsümdə itkisi 100 milyon avronu keçib.
Kataloniya təmsilçisinin bu müddət ərzində ümumi itkisi 115,2 milyon avro olub.
2021/2022 mövsümündə bu rəqəm 30 milyon avro təşkil edib.
“Barselona”nın yeni mövsüm üçün büdcəni azaltmaq fikrində olmadığı bildirilir. Klubun futbolçuların maaşına 37 milyon avro xərcləyəcəyi gözlənilir.