12 C
Baku
Wednesday, December 11, 2024

İsrail öz hərbçilərinə Rusiyaya getməyi qadağan etdi

İsrail ordusu Rusiya-İsrail vətəndaşlığı olan hərbçilərin Rusiyaya səfər etməsini qadağan edib.

Bu barədə məlumatı “Yedioth Ahronoth” qəzeti yayıb.

Qəzet yazır ki, hazırda Rusiyada olan belə şəxslərin dərhal İsrailə geri dönməsi də tələb olunur.

Bununla yanaşı, İsrailin Xarici İşlər Nazirliyi ikili vətəndaşlığı olan israilliləri Rusiya ordusunun sıralarına qatılmamağa çağırıb.

Bildirilib ki, Rusiya ərazisində həmin şəxslərə ölkə qanunvericiliyinin bütün normaları, eləcə də qismən səfərbərliklə bağlı qaydalar şamil edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər