Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1071 manat təşkil edib.
Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 13.1 % çoxdur.
Qeyd edək ki, bu ilin ilk 6 ayında Bakıda orta aylıq nominal əməkhaqqı 1 065 manat təşkil edirdi.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.