Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə təmizləyib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, – dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini azad edib. Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.