“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Hidroxüsusitikinti” QSC ilə 1.6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəlal arxının yenidən qurulması üzrə tikinti işlərinin” satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 564 637 manatdır.