3 C
Baku
Saturday, December 14, 2024

Çavuşoğlu: “Türkiyə Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına kömək edir”

Türkiyə enerji məsələsində əziyyət çəkən ölkə deyil.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, ölkəsi elektrik enerjisi və Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına yardım etməyə çalışır: “Həm elektrik enerjisinin, həm də Azərbaycan təbii qazının bu ölkələrə tədarükü məsələsində kömək edirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə və Liviya arasında bu gün imzalanan anlaşmalar “qazan-qazan” prinsipinə əsaslanır və üçüncü ölkələrin bu məsələyə aidiyyatı yoxdur və həmin ölkələr Liviyanın müstəqil bir ölkə olduğunu bilməlidirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər