Türkiyənin neft-qaz şirkəti “BOTAŞ” Rusiya qazı üçün bəzi ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyib.
Bu barədə bazar ertəsi Bloomberg agentliyi məlumat yayıb.
Agentlik mənbələrə istinadən qeyd edir ki, danışıqların perspektivləri hələ də qeyri-müəyyəndir və nə “BOTAŞ”, nə də “Qazprom” buna cavab verməyib.
Sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və o, Ankaranın Rusiya qazının tədarükünün 25%-ni rublla ödəməsi barədə razılığa gəldiyini açıqlayıb.