9 C
Baku
Monday, November 18, 2024

Şarl Mişel: “Şimali Koreya təhlükəsizliyi təhdid edir”

“Şimali Koreya Yaponiya üzərindən ballistik raket atmaqla regionda təhlükəsizliyi təhdid edir”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Aİ bu cəhdi pisləyir: “Bu əsassız təcavüz və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Ş.Mişel Avropa İttifaqının Yaponiya və Cənubi Koreya ilə həmrəy olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya bu gün növbəti dəfə ballistik raket buraxıb. Raket 4 600 km uçub, uçuşun maksimal hündürlüyü 1 000 km olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər