Rusiya və Türkiyə qaz tədarükü üçün ödənişlərin təxirə salınmasını deyil, yanacağın qiymətini müzakirə edirlər.
Əvvəllər müqavilələrdə qiymət Avropa kotirovkaları əsasında hesablanırdı və bu səbəbdən tədarükün qiyməti yüksək idi. Lakin ölkələr yanacağın dəyərinin bir hissəsini rublla ödəməyə razılaşdıqları üçün şərtlər dəyişib.
Öncə “Bloomberg“ xəbər yayıb ki, Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkəti Rusiya qazı üçün bəzi ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyib.