ABŞ prezidenti Co Bayden Rusiya və Belarusa Xüsusi Borcalma Hüququ əsasında dollar satmağı qadağan edib.
Qərarın icrası Maliyyə Nazirliyinə həvalə edilib.
Sənəd Rusiyanın Ukraynaya hücumu başa çatdıqdan 30 gün və ya 5 il sonra Konqresin qərarı ilə qüvvədən düşə bilər.
Qeyd edək ki, Rusiyaya dollar satmamaq təklifi mart ayında, Ukrayna münaqişəsi başlayandan təxminən 10 gün sonra edilib.