Çexiya bankları Çinin Rusiyada buraxılan “UnionPay” ödəniş sisteminin plastik kartlarına xidmət göstərməyi dayandırıb. Ölkənin ən böyük banklarından biri olan “Komercni Banka” daha əvvəl belə bir qərar qəbul etmiş kredit təşkilatlarına qoşulub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bir sıra Avropa ölkələrində Çinin “UnionPay” ödəniş sisteminin kartlarının qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı problemlər qeydə alınıb. Belə ki, “KB Bank”ın Çexiyadan olan əməkdaşı buraxılış ölkəsindən asılı olmayaraq bu ödəniş sisteminin kartlarına xidmət göstərməmək qərarını açıqlayıb. “UnionPay” xidmətində problemlər İspaniyada da qeydə alınır: “Euronet”, “Kutxabank” və “ING” bankomatlarında bu kartlarla əməliyyatlar aparmaq mümkün deyil.