20 C
Baku
Thursday, October 3, 2024

Litva Ukraynaya 2.9 milyon avro göndərir

Litva Ukraynaya kömək üçün 2,9 milyon avro göndərmək qərarına gəlib.

Bu barədə ölkə hökuməti müvafiq qərar qəbul edib.

“Əfqanıstana vaxtilə göndərilən və istifadə olunmamış vəsaitlər Müdafiə Nazirliyinə köçürülür, Ukraynaya hərbi geyimləri alınması üçün göndərilir”, – qərarda deyilir.

2022-ci ilin fevralında Ukrayna Litvadan “Stinger” hava hücumundan müdafiə sistemlərini alıb. Apreldə Müdafiə Nazirliyi dəyəri on milyonlarla avro olan ağır minaatanların bir partiyasını Ukraynaya təhvil verdiyini açıqlayıb. İyulda Vilnüs 50 ədəd M-113 və M-577 zirehli transportyorlarının Kiyevə göndərildiyini elan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər