8 C
Baku
Sunday, November 17, 2024

“Şimali Koreyanın qısa zaman kəsiyində bir neçə raket buraxması qətiyyən qəbuledilməzdir”

Şimali Koreyanın qısa zaman kəsiyində bir neçə raket buraxması qətiyyən qəbuledilməzdir.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida oktyabrın 6-da Şimali Koreyanın növbəti raket buraxılışlarını şərh edərkən bildirib.

Yaponiyanın müdafiə naziri Yasukazu Yamada isə Tokionun Pekindəki səfirlik vasitəsilə Pxenyana etirazını çatdırdığını deyib.

Xatırladaq ki, Şimali Koreya oktyabrın 6-da səhər saatlarında Pxenyan yaxınlığındakı bazadan Yapon dənizi istiqamətində iki ədəd yaxın mənzilli raket buraxıb. Yaponiya hökumətinin bildirdiyinə görə bu, sentyabrın sonlarından bəri sayca altıncı raket buraxılışıdır. Yaponiyanın müdafiə nazirinin dediyinə görə, 80 və 60 kilometr hündürlüyündə uçan raketlərdən birincisi 350, digər isə 800 kilometr məsafə qət edərək ölkənin məxsusi iqtisadi zonasından kənara düşüb. Ərazidə hərəkət edən təyyarələrə və gəmilərə zərər dəyməyib.

Qeyd edilir ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasını qətnamələrini pozaraq cari ilin əvvəlindən 20-dən çox ballistik raket sınağı keçirib. Pxenyanın yaxın zamanlarda 2017-ci ilin sentyabrından sonra ilk nüvə sınağı keçirəcəyi barədə məlumatlar da yayılmaqdadır.

Yaponiyanın BMT-dəki səfiri Kimihiro İşikane Nyu-Yorkda çıxışı zamanı Şimali Koreyanın oktyabrın 6-da keçirdiyi raket sınaqlarını Pxenyanın BMT Təhlükəsilzik Şurasının fəaliyyətsizliyindən istifadəsi kimi xarakterizə edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər