Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Türkiyə Enerji Forumu keçirilib.
Banker.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Twitter hesabında Forumda müzakirə olunan məsələlərlə bağlı açıqlama verib.
Belə ki, Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik ixracı, Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ötürülməsi, eləcə də TPAO və BOTAŞ-la əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr aparılıb.