7 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə holdinq rəhbərinin ölümündən sonra $1.5 milyardlıq miras davası düşüb

“Şetat Holdinq” İdarə Heyətinin sədri Şeyhmuz Tatlıcı 2012-ci ildə dünyasını dəyişib. Həmin gündən sonra Tatlıcının ilk evliliyindən olan 8 övladı ilə ikinci dəfə ailə qurduğu xanım – bir övladının anası Bengi Tatlıcı arasında mirasla bağlı mübahisə yaranıb. Belə ki, Tatlıcı geridə təxminən 1.5 milyard dollarlıq miras qoyub.

Banker.az Sabah qəzetinə istinadən xəbər verir ki, daşınmaz əmlak maqnatı Tatlıcının çoxsaylı mülklərinin bir-bir təsbit edilməsi ilə bağlı məhkəmə davam edərkən, həyat yoldaşı Bengi Tatlıcı ögey oğlu Taha Tatlıcını Kanlıcadakı malikanələrindən məşhur rəssamlara məxsus rəsm əsərlərini və antik əşyaları oğurlamaqda ittiham edib. Məhkəmədən sonra Tatlıcıya bəraət verilib.

Bu dəfə isə oğul Tatlıcı əks həmlə edib. Ögey anasının rəsmləri Kanlıcadakı villasında gizlətdiyini iddia edən Taha Tatlıcı onların tapılması üçün məhkəməyə müraciət edib. Məhkəmə 28 rəsmdən 11-inin malikanədə olmadığını, 5-inin isə çap rəsmləri ilə əvəz edildiyini müəyyən edib. Bundan sonra Tatlıcı ögey anasının itmiş tablonu internet vasitəsilə satdığını iddia edərək yenidən aidiyyəti qurumlara müraciət edib.

 

 

Son xəbərlər
Digər xəbərlər