1 C
Baku
Saturday, December 14, 2024

Sankt-Peterburqda Yeni il tədbirləri ləğv edilib

Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad bayramı tədbirləri ləğv ediləcək, qənaət olunan vəsait könüllülər və səfərbərliyə cəlb olunanlar üçün əlavə avadanlıqların alınmasına sərf olunacaq.

Bu barədə şəhər administrasiyasının saytında məlumat verilib.

“Qubernator Aleksandr Beqlovun şəhər hökumətinin üzvləri ilə görüşündə Yeni il münasibətilə əvvəllər planlaşdırılan şənlik tədbirlərinin ləğvi barədə qərar qəbul edilib. Qənaət edilən vəsaitdən məqsədli şəkildə istifadə olunacaq, könüllülər və səfərbərliyə cəlb olunanlar üçün xərclənəcək”, – deyə məlumatda qeyd olunub.

Belə ki, Dvortsovaya meydanında və Nevski prospektində konsert, ənənəvi atəşfəşanlıq, “Milad ulduzu” festivalı, Tavride sarayında xeyriyyə qəbulu keçirilməyəcək.

Rusiyanın daha bir neçə şəhərində də oxşar qərarlar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər