Dövlət Gömrük Komitəsi ərazi və ixtisaslaşmış gömrük idarələrində yaranmış vakant iş yerləri üçün xidmətə qəbulla bağlı müsabiqə keçirəcək.
Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
Müsabiqənin test imtahanı mərhələsi üçün sənədlərin qəbulu 17 oktyabr saat 10:00-dan 21 oktyabr saat 18:00-a qədər aparılacaq. Test imtahanı 6 dekabrdan başlayaraq keçiriləcək.
Test imtahanı mərhələsində iştirak etmək istəyən şəxslər Komitənin rəsmi internet səhifəsi üzərindən elektron formada müraciət edə bilərlər. Ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür: