Polşa Sərhəd Xidməti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə perimetrik elektron maneə yaratmaq üçün vəsait alıb.
Bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib.
“Gələn ilin büdcəsində bu sərhədə diqqətlə nəzarət etmək üçün nisbətən tez elektron hasar qurmaq üçün vəsait var”, – nazir müavini deyib.
Vonsik onu da vurğulayıb ki, hələ də ordunun yerləşdiyi Belarusla sərhədin qorunmasına böyük diqqət yetirilir.