8.6 C
Baku
Thursday, November 28, 2024

Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmalar 31% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4.227 milyard manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.2% çoxdur.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1.023 milyard manat təşkil edib.

ƏDV üzrə daxilolmalar 3.034 milyard manat, aksizlər üzrə 120.8 milyon manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 47.1 milyon manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər