Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Kasım-Jomart Tokayevin bu ilin 20 noyabrında keçiriləcək prezident seçkilərindəki namizədliyini qeydiyyata alıb.
Bu barədə “mk.ru” Qazaxıstan MSK-ya istinadən məlumat yayıb.
Həmçinin, Tokayevin namizədliyinin ölkə Konstitusiyasının “Seçki haqqında qanun”unun bütün tələblərinə uyğun gəldiyi bildirilib.