12 C
Baku
Thursday, November 14, 2024

ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Zərbə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Raket kompleksin daxili hissəsini vurmayıb. Ölən və yaralanan olmayıb, heç bir obyekt və ya avadanlıq zədələnməyib”, – açıqlamada deyilir.

Qeyd olunub ki, Mərkəzi Komandanlığın qüvvələri insidentlə bağlı araşdırma aparır.

Son xəbərlər
Digər xəbərlər