ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyəti, həmçinin “Ukraynaya iqtisadiyyat və təhlükəsizlik sahəsində yardım göstərmək öhdəliyini” müzakirə ediblər.
Bundan əlavə, C.Bayden və O.Şolts “qlobal enerji bazarlarında baş verən son hadisələri və sabit və əlverişli enerji təchizatının təmin edilməsinin vacibliyini” müzakirə ediblər.