Yanvar-sentyabr aylarında Türkiyənin Almaniyaya ixracı rekord həddə – 14 milyard 258 milyon dollara çatıb.
Bu barədə Türkiyə İxracatçılar Birliyinin məlumatında deyilir.
İlin əvvəlindən ilk 9 ayda Türkiyənin Almaniyaya ixracı 14 milyard 258 milyon dollar təşkil edib ki, bu da ölkə tarixində Almaniyaya ixracat üzrə rekord göstəricidir.
Beləliklə, Almaniya Türkiyə məhsullarının idxalçıları arasında liderliyini qoruyub.
Yanvar-sentyabr aylarında Türkiyənin Almaniyaya ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artıb. Türkiyənin ixracatında Almaniyanın payı 10.2 faiz olub.