Soyuqqanlı müharibə dövründə Almaniya və İsveçrə arasındakı sərhəddə körpü var idi. Bir tərəfdə, kənarda alman gözətçi dayanmışdı. O, Almaniyadan İsveçrəyə keçməyə cəhd edən hər bir yəhudiyə atəş açırdı, həmçinin Almaniyaya daxil olmaq istəyən, icazəsi olmayan şəxsləri geriyə, İsveçrəyə qaytarırdı. Gözətçi körpünün almanlar olan tərəfində dayanırdı. O, budkada oturur və hər üç dəqiqədən bir körpünü gözdən keçirmək üçün çölə çıxırdı.
Bir yəhudi isə İsveçrəyə keçmək istəyirdi ki, alman zülmündən canını qurtarsın. Sözsüz ki, onun buna icazəsi yox idi və o bilirdi ki, körpüyə yalnız o zaman daxil olmaq olar ki, gözətçi budkada olsun. Amma körpünü dəf etmək üçün 5-6 dəqiqə vaxt lazımdır. Körpüdə gizlənmək üçün yer yox idi və gözətçi onu gördüyü halda gülləliyə bilərdi..
Sual: Bəs, çoxbilmiş yəhudi körpüdən keçməyə necə müyəssər olur?
Yəhudi gözətçinin öz budkasına girdiyi anı gözləyir. Sonra isə körpüyə keçərək, İsveçrə sərhədi istiqamətində yol gedir. O, iki dəqiq yarım yol gedəndən sonra, dayanıb əks istiqamətdə Almaniyaya doğru gəlməyə başlayır. Gözətçi çölə çıxır, onu görür və saxlayır. Yəhudi gözətçiyə yaxınlaşanda, o baxıb görür ki, onun Almaniyaya daxil olması üçün icazəsi yoxdur və ona görə də onu geriyə İsveçrəyə qaytarır.