“Apple” şirkəti 2023-cü ildə USB Type-C portlu iPhone, qulaqlıq və kompüter akesuarlarını təqdim edəcək. Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti Avropa Parlamentinin qəbul etdiyi qanuna əməl etmək üçün məhsullarını yeniləməli olacaq. Yeni sənəd 2024-cü ilin sonuna kimi Aİ-də satılan bütün mobil cihazlar, planşetlər və kameraların USB Type-C şarj cihazlarına malik olmasını tələb edir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Hazırda USB Type-C portu artıq əsas versiya istisna olmaqla, bütün iPad planşetləri tərəfindən istifadə olunur, lakin o, Lightning standartından da imtina edəcək. Bunun 2022-ci ilin sonuna qədər cihazın yeni nəslinin premyerası ilə baş verəcəyi gözlənilir.
Xatırladaq ki, Avropa İttifaqında satılan bütün elektronikanın USB Type-C şarj cihazlarının vahid standartına keçirilməsi haqqında qanun 2022-ci il oktyabrın əvvəlində qəbul edilib.