Bu həftə Azərbaycan və Qırğızıstan nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan birgə fondun yaradılması haqqında saziş imzalamağı planlaşdırır.
Bunu Qırğızıstan parlamentinin büdcə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Kanatbek Abdrahmanov deyib.
“Bütün vəsaitələr, resurslar Azərbaycan tərəfindən təmin ediləcək. Fondun mənzil-qərargahı Bişkekdə yerləşəcək”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi, kiçik və orta biznesin inkişafı üçün güclü təkan olacaq.