14 C
Baku
Saturday, November 23, 2024

İran uranı Natanzda üçüncü sentrifuqa kaskadında zənginləşdirməyə başlayıb

İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlayıb.

Bu barədə “Reuters” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən obyektdə işə salınan üç kaskaddan sonuncudur. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər