Rusiya infrastruktura zərbə endirdikdən sonra Ukraynanın elektrik şəbəkəsində güc qıtlığı yaranıb.
Bu barədə DTEK elektrik şirkəti məlumat verib.
Problemdən çıxış yolu kimi Kiyev və ətraf ərazilərdə elektrik fasilələrə verilir. Bu gündən etibarən regionlar üzrə elektrik enerjisinin verilmə saatları şirkətin saytında yerləşdiriləcək.