ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiyanın Ukraynaya raket zərbəsini müzakirə ediblər.
Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, görüş məhsuldar keçib. Əsas müzakirə mövzusu Ukraynaya müasir hava hücumundan müdafiə sistemlərinin verilməsi olub.