23 C
Baku
Sunday, September 29, 2024

Moldovanın Baş naziri: “Mənim ölkəm Azərbaycanı güclü və etibarlı tərəfdaş kimi görür”

“Uğur əldə etmək məqsədimiz sağlam regional investisiya tərəfdaşlıqlarına çevrilməlidir. Biz eyni dərəcədə Cənubi Qafqazın əsas ölkələri, xüsusən də Azərbaycanla ticarət sərmayəsi əlaqələrimizi daha dərindən müəyyən edirik”.

Bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.

“Bir çox məsələlər var ki, xüsusən də biznes imkanlarına gəldikdə regionumuzun yenidən qurulması üçün güclərimizi birləşdirməyimiz təbii olar. Mənim ölkəm Azərbaycanı güclü və etibarlı tərəfdaş kimi görür. Bu, Aİ ilə birgə Brüsselin əsas baxışıdır. Mən Azərbaycan və Aİ arasında tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində son səyləri şərh edərək bildirmək istəyirəm ki, bu bizim əməkdaşlıq perspektivimizə daha bir mühüm strateji əlamət əlavə edir”, – deyə Baş nazir bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər