“Yunanıstan Avropa İtifaqına güvənir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Yunanıstan indi də Türkiyənin regional və beynəlxalq faktor olmasına görə narahatdır: “Yunanıstan hakimiyyəti xalqını aldadır. Yunanıstan bizi təhrik etməyə başladı ki, adekvat cavablardan sonra Türkiyəyə qarşı sanksiyaları başlatsın. Rəsmi Afina Avropa İtifaqına güvənir. Amma bunun heç bir nəticəsi olmayacaq”.