Özbəkistanın Ukraynadakı səfirliyi raket hücumları ilə əlaqədar vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
“Cəbhələrdə vəziyyətin gərginləşməsi, həmçinin Ukrayna ərazisinə raket və artilleriya zərbələrinin davam etdirilməsi ehtimalının yüksək olması fonunda soydaşlarımızdan şəxsi təhlükəsizlikləri üçün bu ölkəni tərk etmələri xahiş olunur”, – məlumatda bildirilir.
Bundan başqa, Özbəkistan vətəndaşlarına müharibə başa çatanadək Ukraynaya səfərdən çəkinmələri tövsiyə edilir.