Avropa İttifaqının Minskdəki səfiri Dirk Şubel Belarusu tərk edib.
Diplomatın sözlərinə görə, Belarus hakimiyyəti onun vizasını və etimadnaməsini uzatmaqdan imtina edib.
“Belarus hakimiyyəti mənim viza və etimadnamələrimi uzatmamaq qərarına gəlib ki, bu da mənim mandatımın həyata keçirilməsini çətinləşdirir”, – alman diplomat öz “Facebook” səhifəsində yazıb.
2019-cu ildən Avropa İttifaqının Minskdəki diplomatik missiyasına rəhbərlik edən 64 yaşlı səfir öz postunda Lukaşenko administrasiyasını insan haqlarını və beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə sərt tənqid edib.