İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Medsol” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması nəzərdə tutulur.
Müqavilənin cəmi məbləği isə 2 145 086 manatdır.
Qeyd edək ki, “Medsol” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Qabil Salmanovdur.