6 C
Baku
Saturday, December 14, 2024

“Azercell” bu xidmətin də qiymətini artırdı

12.11.2022-ci il tarixdən etibarən “Zəngimcell” xidməti çərçivəsində günlük abunə haqqı məbləği 0,06 AZN təşkil edəcək.

Banker.az xəbər verir ki, xidmətdən istifadə müddəti maksimum 30 gün (1,80 AZN) müəyyən edilir.

Balansında kifayət qədər vəsait olmayan abunəçilər ilkin olaraq xidmətə 10 günlük abunəliyi aktiv edə bilərlər. Bu zaman 0,60 AZN abunə haqqı məbləği balans artırıldıqda, tam və ya hissə-hissə balansdan çıxılacaq.

12.11.2022-ci il tarixədək “Zəngimcell” xidmətinə qoşulmuş abunəçilərə yeni tariflər əvvəlki qiymətlə əldə edilmiş xidmətin istifadə müddəti başa çatdıqdan sonra tətbiq olunacaq.

Onu da qeyd edək ki, əvvəl günlük abunə haqqı məbləği 0,05 AZN, aylıq (30 gün) 1.50 AZN təşkil edirdi.

 

Son xəbərlər
Digər xəbərlər