“Ölkədə mümkün risklərin olması halında qismən səfərbərlik elan oluna bilər”.
Bunu Moldovanın müdafiə naziri Anatoli Nosatıy deyib.
“Ətraflı təhlil lazımdır və həqiqətən zəruri olarsa, silahlı qüvvələrin təhdidlərə cavab vermək qabiliyyətini hazırlamaq və artırmaq üçün qismən səfərbərlik həyata keçiriləcək”, – deyə nazir bildirib.
Nosatiy qeyd edib ki, ölkə Rusiyanın Ukraynaya raket hücumları fonunda öz hava məkanını bağlamağı planlaşdırır. Onun sözlərinə görə, raketlər Qara dənizdən buraxıldığı üçün Moldovanın hava məkanından keçə bilir.