10 C
Baku
Thursday, December 12, 2024

“Caspian Fish” şirkəti “məcburi auditdən yayınmağa” görə cərimələnir

“Caspian Fish Co Azerbaijan” MMC cərimələnir.

Banker.az xəbər verir ki, “Caspian Fish Co Azerbaijan” MMC şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Abşeron Rayon Məhkəməsinə göndərilib.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Caspian Fish” şirkəti 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Emil Sultanovdur. Caspian Fish şirkəti 96 çeşiddə balıq məhsulları, o cümlədən qara kürü istehsal edir.

Son xəbərlər
Digər xəbərlər