9 C
Baku
Monday, November 18, 2024

“Drujba”nın Polşadan keçən hissəsində sızıntı baş verib – Yenilənib

“Drujba” neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib.

Bu barədə kəmərinin Polşadan keçən hissəsinin operatoru PERN məlumat yayıb.

Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən “Drujba” boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Kəmərin bu hissəsi vasitəsilə Almaniya neft nəql olunur.

Xatırladaq ki, kəmərin ötürücülük qabiliyyəti ildə 16.7 milyon ton neft təşkil edir.

Neft kəmərinin marşrutu Samaradan Bryanska, oradan isə Mozıra qədər uzanır, daha sonra o, 2 hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya).

***

“Drujba” kəmərində neft sızıntısı bir neçə saat davam edəcək.

Bu barədə Polşa Dövlət Yanğın Mühafizəsinin nümayəndəsi Karol Kejkovskiy məlumat verib.

O bildirib ki, yaxın saatlarda sızıntı azala bilər.

Zədələnmiş xətlə neftin vurulması artıq dayandırılıb və həmin xətdə təzyiq də azalır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər