9 C
Baku
Saturday, January 11, 2025

Oyun: iqtisadiyyatının çökdürülməsinin reallıqla analogiyası

CCP kompaniyasının icraçı direktoru, oyunçulardan birinin şəxsi mənfəət naminə, az qala inanılmaz dərəcədə çoxlu istifadəçiyə malik EVEOnline strategiyasının bütün iqtisadiyyatını çökdürməsi haqqında maraqlı bir hadisə danışdı.

Əhvalat İnferno yenilənməsindən (update) sonra baş vermişdi. Bütün digər yeniliklər ilə yanaşı bu update oyuna yeni “loyallıq xalları” əlavə etdi, bu xallar oyunçulara rəqiblərin məhz edilmiş gəmilərinin sayına müvafiq verilirdi. Bu loyallıq xallarına görə xüsusi əşyalar almaq olardı. Belə güman edilirdi ki, oyun daha maraqlı və aqressiv xarakter alacaq.

Oyunçulardan biri ilk baxışda olduqca qəribə sayılan bir hərəkət edir. O, bazarda praktiki olaraq heç bir faydası olmayan bir əşya tapır, əşyanın dəyəri cəmi 1 ISK (bu EVEOnline-nın virtual valyutasıdır) təşkil edir. Oyunçu praktiki olaraq bazardakı bütün bu əşyaları alır. Ondan sonra o, həmin əşyadan birini bazara 1 milyarda İSK-a satışa çıxarır – və özü həmin əşyanı özündən alır.

Belə bir fırıldağın nəticəsində tamamı ilə faydasız bir əşyanın bazar dəyəri 1000 dəfə artır. Oyunçu özü isə nağıllardakı qədər varlanır. Əlbəttə ki, onun var-dövləti tamamı ilə virtual xarakter daşıyırdı, axı sahibkar heç zaman o faydasız əşyaları belə bir qiymətə sata bilməzdi. Amma buna rəğmən sistem orta bazar qiymətinə əsasən onun mülkinin qiymətinin belə baha olduğunu hesablayır.

Bundan sonra oyunçu həmin faydasız, lakin dəyəri milyardlarla ISK’-ilə ölçülən əşyaları ucuz yük gəmilərinə doldurur və onları məhv edilməyə çıxarır. Digər oyunçular isə belə gəmiləri batırmağa görə çoxlu sayda dəyərli loyallıq xalları qazanırdılar ki, bunu da bazarda həqiqi dəyərli əşyalara dəyişmək mümkün idi. Görünür ki, bu ağıllı oyunçu belə xidmətlərinə görə heç də az həqiqi dollar qazanmayıb.

Oyunçunun fırıldaqları elə bir həddə çatır ki, bu, oyun iqtisadiyyatında da özünü büruzə verməyə başlayır. Aydın idi ki, bazar manipulyasiya olunur, amma heç kəs səbəbi anlaya bilmir. Proqramçılar kompaniyası iqtisadçılar qarşısında belə bir tapşırıq qoyur ki, məsələnin nə yerdə olduğunu aydınlaşdırsınlar. Nəhayət onlar fırıldaqçının kim olduğunu tapa bilir və yaranmış dəliyi bağlayırlar.

Bu artıq birinci dəfə deyil ki, kələkbazlar EVEOnline oyununda öz qaranlıq əməllərini gerçəkləşdirə bilir. Oyunun qocaman iştirakçıları 2006-cı ildə saxta bankla bağlı baş vermiş fırıldağı hələ də xatırlayırlar.

CCP kompaniyasının icraçı direktoru bildirir ki, oyunçular varlanmaq məqsədi ilə xırda-xırda gizli sxemlər düşünüb tapırlar, proqramçılar özü isə bəzən baş verənlərdən xəbərsiz olur. Əgər yeni sxem oyunun stabilliyini pozmaq məqsədi daşıyarsa və təhlükə yaradarsa, onda həmin boşluq aradan qaldırılır. Adətən qazanılmış sərvət “fırıldaqçıların” əlindən alınmır, bu bir növ onlara yaradıcı və ixtiraçı olduqlarına görə bir mükafat kimi verilir.

Son xəbərlər
Digər xəbərlər