Rusiya qışda Avropaya əlavə həcmdə qaz tədarük etməyə hazırdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxışında bildirib.
“Əgər biz avropalılarla “Şimal axını 2”-nin zədələnməmiş qolu vasitəsilə qaz tədarük etmək barədə ümumi qərara gəlsək, Rusiya buna hazırdır. Zədələnməmiş xəttin qaz tutumu 27,5 milyard kubmetrdir, bu da Avropanın bütün qaz idxalının təxminən 8%-ni təşkil edir. Rusiya bu tədarükə başlamağa hazırdır. Top Avropa İttifaqının tərəfindədir. İstəsələr, kranı açsınlar və bu qədər…”- deyə Putin vurğulayıb.