Avropada qazın min kubmetrinin qiyməti 1 580 ABŞ dolları ətrafında dəyişir.
Banker.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın noyabr fyuçerslərinin qiyməti 1.6 % düşüb. Dinamika ötən ticarət günü qeydə alınmış qiymətlə (min kubmetr üçün 1 606.7 dollar) müqayisədə hesablanır.