Hər il Forbes jurnalı dünyanın 10 ən nüfuzlu qadınının siyahısını dərc edir. Namizədlərin nəzərdən keçirilməsi zamanı jurnal onların maddi sərvətlərini, mətbuatda görünmə tezliyini, siyasətə və bizi əhatə edən dünyaya təsir qabiliyyətlərini əsas meyar olaraq seçmişdir.
1. Angela Merkel həmişəki kimi liderliyini qoruyur, o Forbesin hər il dərc olunan “Dünyanın ən nüfuzlu qadınları” reytinqində artıq neçənci dəfədir ki, birinci yeri tutur.
2. Dilma Rusef –Braziliyanın xanım prezidenti siyahıda ikincidir. O, 2011-ci ildən bəri bu posta sahibdir və ölkənin ilk qadın prezidentidir. Dilma Rusef qatı sosialist kimi diktaturaya qarşı kəskin mübarizə aparıb. Məhz buna görə də o, 1970-1972-ci illərdə həbsdə yatıb.
3. Melinda Qeyts isə üçüncü pillədə qərar tutub. Bəli söhbət Bill Qeytsin xanımından gedir. Onlar Microsoftda işləyən zaman tanış olublar və birlikdə xeyriyyəçi fondlarını idarə edirlər.
4. Mişel Obama – dördüncüdür. Ölkənin birinci xanımı kimi o, nümunəvi davranış tərzi sərgiləyir və sağlam qidalanmanın təbli ilə məşğuldur.
5. Hillari Klinton –beşinci sıradadır. O, keçmiş dövlət katibidir. Hillari öz qərarı ilə hamıya başa düşməyə imkan verdi ki, onun prezident olmaq niyyəti yoxdur. Amma onun hələ də kifayət qədər tərəfdarları vardır və 2016-ci ildə onun namizədliyinin irəli sürülməsi çox ağlabatan görünür.
6. Şeril Sandberq – siyahıda altıncıdır. Facebook kompaniyasının baş icraçı direktoru və onun idarə heyətində yer alan yeganə xanım iştirakçıdır.
7. Kristin Laqard –yeddinci pillədədir. O, Beynəlxalq Valyuta Fondunun sərəncamçı-direktorudur, eyni zamanda o, Fransada maliyyə naziri olmuş ilk qadındır.
8. Canet Nppolitano ötən illə müqayisədə bir pillə yüksəlib. O, ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra edir.
9. Sonya Qandi – nömrə doqquz. O, 1998-ci ildən bəri Hindistan milli konqresinə başçılıq edir.
10. İndra Nuyi siyahını tamamlayır. O, PepsiCo -dünyada içki və qida məhsulları üzrə ikinci ən nəhəng kompaniyanın icraçı direktorudur. İndra Nuyi mütəmadi olaraq Forbesin reytinqlərində görünür.