14 C
Baku
Saturday, November 23, 2024

“Azərenerji” Rusiyanın enerji şirkəti ilə əməkdaşlığa başladı

Rusiya Enerji Həftəsi çərçivəsində Rusiyanın “Rosseti” və “Azərenerji” ASC arasında Rusiya və Azərbaycanın elektrik şəbəkəsi infrastrukturunun istismarı və inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş uzunmüddətli əməkdaşlıq niyyəti haqqında saziş imzalanıb.

Bu barədə Rusiya enerji şirkətinin rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Məlumata əsasən, sənədi “Rosseti”nin investisiyalar, əsaslı tikinti və xidmətlərin satışı üzrə baş direktorunun müavini Aleksey Molski və “Azərenerji”nin vitse-prezidenti Vüqar Şahmuradov imzalayıblar.

Saziş üç il müddətinə bağlanıb. Şirkətlər dövlətlərarası elektrik xətlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması sahəsində əməkdaşlıq etmək, inteqrasiya layihələrinin, o cümlədən Şimal-Cənub enerji dəhlizinin həyata keçirilməsi və Cənubi Qafqaz enerji halqasının bağlanması imkanları üzrə birgə araşdırmalar aparmaq niyyətindədirlər.

Bununla yanaşı, şirkətlər elektrik şəbəkəsi obyektlərinin istismarı, texniki xidməti və təmiri sahəsində təcrübə mübadiləsi aparmağı, hər iki ölkənin sərhədyanı ərazilərində elektrik şəbəkələrində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərməyi planlaşdırır. İnsan resurslarının inkişafı sahəsində birgə işlərin aparılması da gözlənilir.

Qeyd edək ki, sənədi “Rosseti”nin investisiyalar, əsaslı tikinti və xidmətlərin satışı üzrə baş direktorunun müavini Aleksey Molski və “Azərenerji”nin vitse-prezidenti Vüqar Şahmuradov imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər