14 C
Baku
Saturday, November 23, 2024

Lavrov: “XİN rəhbərlərinin üçtərəfli görüşü gələcək addımları müəyyənləşdirəcək”

“Zamanın tez keçdiyini, hadisələrin olduqca sürətli inkişaf etməsini nəzərə alaraq mən hesab edirəm ki, bu gün bu barədə danışmaq üçün rahat məqamdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşünün açılışı zamanı deyib.

“Biz həmçinin öz liderlərimizə onların imzaladığı razılaşmaların yerinə yetirilməsi barədə nələri məruzə edə biləcəyimizə baxacağıq”, – Rusiya XİN rəhbəri bildirib.

Lavrov görüş zamanı gələcək addımlar barədə daha ətraflı təsəvvür yaranacağına əmin olduğunu qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər