2022-ci ilin yanvar-avqust aylarında Avrozonanın xariclə ticarət balansında yaranmış defisit 50 milyard avro ötüb.
Banker.az bu barədə Avrostat-ın press-relizinə istinadən xəbər verir.
Qeyd edilir ki, 2022-ci ilin ilk səkkiz ayında avrozonın xariclə ticarətində €50.9 milyard defisit (kəsir) yaranıb.
19 ölkədən ibarət olan birliyin ixracı illik müqayisədə 24% artaraq €231.1 milyard olduğu halda, idxalı 54% artaraq €282.1 milyard təşkil edib.
Təkcə avqust ayı ərzində defisit €2.8 milyard olub.